SON XƏBƏRLƏR

Əfqan qaçqınlar İrandan çıxarılır

2023.10.19, 16:19
Əfqan qaçqınlar İrandan çıxarılır

İranda yaşayan qaçqınların ölkədən çıxarılması üçün yeni plan hazırlanır və qanuni oturumu olmayanlar deportasiya olunacaqlar.

Gunaz.tv

Bu barədə İranın daxili işlər naziri Əhməd Vəhidi açıqlama verib.

O, son vaxtlar əfqanıstanlılara qarşı artan hücum və təzyiqlərin əks-inqilabçı qüvvələrin işi olduğunu iddia edib.

İranda yaşayan əfqanistanlı qaçqınlara oturum verilməyib və onların bir çoxu qaçqın hüquqlarından məhrumdurlar.

Son günlər İranın bir neçə şəhərində əfqanistanlı qaçqınların evlərinə hücumlar edilib, onların ölkədən çıxması üçün təzyiq göstərilib.

İran rəsmilərinin bunu təkzib etmələrinə baxmayaraq, qaçqınlara qarşı ədalətsiz və aşağılayıcı hərəkətlər bu ölkə ilə Taliban hakimiyyəti arasında münasibətlərin gərginləşməsinə səbəb olub. 

Bir müddət əvvəl İran-Əfqanistan sərhədində 11 əfqanistanlı öldürülüb, son bir il ərzində isə İranda öldürülən 470 əfqanistanlının meyiti vətənlərinə göndərilib.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar