SON XƏBƏRLƏR

İran yenidən aranı qarışdırır

2023.10.20, 15:53
İran yenidən aranı qarışdırır

Azərbaycan Respublikasının İranla qonşuluq münasibətlərini nəzərə alaraq gərginliyi azaltmağa çalışmasına baxmayaraq, İran tərəfi gərginliyin davam etməsində maraqlı görünür.

Gunaz.tv

Tehran hökumətinin Azərbaycana qarşı təbliğatının davamında Azərbaycanda axtarışda olduqları üçün İrana sığınmış və İran hakimiyyətinin dəstəyi ilə fəaliyyət göstərən "Hüseyniyyun" terror qruplaşmasının xidmətindən istifadə edir.

Qruplaşma üzvlərindən biri İranın rəsmi dövlət televizyasında çıxış edərək Azərbaycan dövlətini təhdid edib.

Həmin şəxsin özü qeyri-ciddi olsa da, onun Azərbaycana qarşı İranın rəsmi dövlət kanalından danışması rəsmi Tehranın mövqeyi kimi dəyərləndirilə bilər.

Həmin şəxs Azərbaycanı hədələyərək üzvü olduğu terror qruplaşmasının Azərbaycan hakimiyyətini devirə biləcəyini iddia edib.

O, Azərbaycan dövlətini "sionist rejim" adlandırıb və iddia edib ki, "bunun dəyişdirilməsi üçün İrana ehtiyac yoxdur, sadəcə "Hüseyniyyun" bu işin öhdəsindən gələ bilər".

Timur 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar