SON XƏBƏRLƏR

İranda iki jurnalistə ağır həbs cəzası verildi

2023.10.23, 14:09
İranda iki jurnalistə ağır həbs cəzası verildi

İran məhkəməsi hazırda həbsxanada saxlanılan iki jurnalist Nilufər Hamidinin 13 il, İlahə Məhəmmədinin isə 12 il həb cəzasına məhkum edilməsi barədə yeni qərar çıxarıb.

Gunaz.tv

Bu barədə İran məhkəməsinə yaxın "Mizan" saytı məlumat yayıb.

Jurnalistlərin Apellyasiya Məhkəməsinə şikayət etmələri və hökmlərinin dəyişdirilməsi, həbs müddətlərinin azaldılması təqdirdə, İlahə Məhəmmədi 6, Nilufər Hamidi isə 7 il həbs cəzasını mütləq çəkməli olacaq.

Jurnalistlər "Amerika ilə əməkdaşlıq"da, "Hökumətə qarşı təbliğat"da və "Ölkənin təhlükəsizliyinə qarşı cinayət törətmək üçün toplaşmaq və əlbir olmaq"da günahlandırılıblar.

Qeyd edək ki, "Şərq" və "Həm Mihən" qəzetlərinin əməkdaşları olan Nilufər Hamidi və İlahə Məhəmmədi 2022-ci ilin sentyabrından başlayan etiraz aksiyalarını işıqlandırdıqlarına görə həbs ediliblər.

2022-ci ildə meydana gələn ümumi etirazlar zamanı azı 95, o cümlədən 24 qadın jurnalist həbs edilib.

Beynəlxalq təşkilatların hesabatına görə, İran media azadlığı sahəsində 180 ölkə arasında 177-ci yerdədir.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar