SON XƏBƏRLƏR

Polis qüvvələri yeni basqı texnikaları ilə təchiz edilir

2023.10.27, 13:47
Polis qüvvələri yeni basqı texnikaları ilə təchiz edilir

Polisin Özəl Alayları etiraz aksiyaları liderlərini ayırd etməyə xüsusi sistemlə təchizlənnib.

Gunaz.tv

Bu barədə İranın İntiazm Qüvvələri Qərargahının Özəl Alaylarının komandiri Həsən Kərəmi məlumat verib.

“Yeni intellektual sistem liderləri və iğtışaşa çağrış edənləri elektron sistemlə ayırd edə biləcək. “Məsaf” Sisteminin yaradılmasına 3 il öncədən başlanıb. 

Sistemin özəlliklərindən biri qarşıdurmalar və iğtişaşlarda Alaya yardım etməsidir. Belə ki, sifətləri ayrıd edə bilməklə şəxslərin vəziyyətlərini, o cümlədən iğtişaş yerində qalma müddəti, üstlərində soyuq və isti silah kimi əşyaları daşımaları, habelə şəxsin cinsini təyin edə bilir. 

Sistem mükəmməldir və etiraz başçılarını müəyyənləşdirməkdə bizə kəməklik edəcək. Bununla da Alayın qüvvələrinə xəsarət yetirmə ehtimalı azalır.”-deyə Kərəmi açıqlayıb.

Çin cəmiyyətə nəzarət üçün özündə tətbiq etdiyi sifət ayırd etmə kameraları ilə bir neçə ildir ki, İranı da təmin edir. 

Bu sistemlərin tətbiqinin insan haqlarına zidd olduğuna görə ABŞ Çinə qarşı sanksiyalar tətbiq edib. 

Taymaz

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar