SON XƏBƏRLƏR

Təhlükəsizlik qüvvələri Zahidanda Məkki Məscidinə aparan yolları bağlayıb

2023.10.27, 14:38
Təhlükəsizlik qüvvələri Zahidanda Məkki Məscidinə aparan yolları bağlayıb

Oktyabrın 27-i cümə namazı qılmaq üçün Məkki Məscidinə axışan Zahidan əhalisi təftişə məruz qalıb.

Gunaz.tv

Sistan və Bəluçistan Əyalətinin xəbərlərini yayan Halvş İnternet Səhifəsi Zahıdan şəhərinin, o cümlədən Azadəqan, Xürrəmşəhr, Xəyyam və Razi küçələrinin polis qüvvələri tərəfindən bağlandığını bildirib.

Həmçinin şəhərdə internet zəif olduğuna görə şəhər sakinləri yaxınları ilə əlaqə saxlamaqda  çətinliklə üzləşiblər. 

Dünya ölkələrində internetlə təminin sərbəstlyini izləmək sahəsində fəaliyyət göstərən SurfShark Cəmiyyəti əyalətin mərkəzi Zahidan şəhərinin internet pozuntusu üzrə dünyada birinci yeri tutduğunu bildirib. 

İnternet kəsilmələri isə şəhərdə cümə namazı qılınandan sonra hakimiyyətə qarşı etiraz aksiyalarının keçirildiyi vaxta təsadüf edir. 

“Bu gün polis qüvvələri küçələrin çoxunda çadır qurmaqla cümə namazı qılmaq üçün məscidə gedənlərin üzərini  axtarır. Həmçinin şəhərin küçələrinin əksəri bağlanıb. Hətta bir sıra uca binaların damında pusqu qurulub.” - deyə Halvş Saytı məlumat ayyıb.

Xatırladaq ki, Zahidan şəhərində hər beşinci gün cümə namazı qılınandan sonra bəluç xalqı öz hüquqlarının tələbi ilə nümayiş keçirir və bir neçə ildir ki, təhlükəsizlik qüvvələrinin basqısı ilə yüzlərlə bəluç öldürülüb. 

Taymaz

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar