SON XƏBƏRLƏR

Vladimir Putin Mahaçqaladakı hadisələrlə bağlı müşavirə keçirəcək

2023.10.30, 14:41
Vladimir Putin Mahaçqaladakı hadisələrlə bağlı müşavirə keçirəcək

Rusiya Prezidenti Vladimir Putin bu gün axşam saatlarında geniş tərkibdə müşavirə keçirəcək. O, həmçinin Mahaçqala hava limanındakı iğtişaşları müzakirə edəcək. Bu barədə prezidentin mətbuat katibi Dmitri Peskov bildirib.

Gunaz.tv

Onun sözlərinə görə, Putin oktyabrın 29-u axşamdan etibarən Dağıstandakı vəziyyətlə bağlı Federal Təhlükəsizlik Xidmətindən, Rusiya Qvardiyası və respublika rəhbəri Sergey Melikovdan ətraflı hesabatlar almağa davam edir: “Dünənki hadisələrin xarici addımların nəticəsi olduğu hamıya aydındır”.

D.Peskov həmçinin qeyd edib ki, prezident müşavirə zamanı Qərbin Yaxın Şərqdəki hadisələrdən Rusiya cəmiyyətini parçalamaq üçün istifadə etmək cəhdlərini də müzakirə edəcək.

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar