SON XƏBƏRLƏR

Milli fəalların evinə hücum olub

2023.10.31, 11:29
Milli fəalların evinə hücum olub

İranın Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin əməkdaşları hazırda həbsdə olan milli fəalar Araz İbrahimnəjad və Əli Babayinin ev və iş yerlərinə hücum ediblər.

Gunaz.tv

Məmurlar məhkəmə hökmü olmadan ev və iş yerlərində axtarış aparıb, fəalların ailə üzvlərini təhdid ediblər.

Bildirilir ki, məhbus fəallara məxsus şəxsi əşyalar, o cümlədən komputer, mobil telefon, kitablar. bank kartları və b. əşyalar müsadirə edilərək aparılıb.

Araz İbrahimnəjad və Əli Babayinin həyat yoldaşlarının da telefonlarının müsadirə edilib, onlardan oktyabrın 31-də təhlükəsizlik idarəsinə getmələri istənilib.

Qeyd edək ki, adı çəkilən fəallar hazırda Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin Təbrizdəki təcridxanasında saxlanılırlar, onların həbs səbəbləri və ittihamları barədə açıqlama verilmir.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar