SON XƏBƏRLƏR

İranda daha 6 məhbus edam olunub

2023.11.02, 14:50
İranda daha 6 məhbus edam olunub

HRANA Xəbər Agentliyinin məlumatına görə, noyabr 1-i daha 6 məhbus edam olunub.

Gunaz.tv

Məhbusların edamı Kərəc şəhərinin Qızıl Hisar və Yasuc şəhərinin həbsxansında icra olunub. 6 nəfərdən birinin Əfqanıstan vətəndaşı,  Yasucda edam olunanın isə qadın olduğu bildirilib. 

Agentlik 2023-cü ilin noyabr ayındək azı 17 qadın məhbusun edam olunduğunu açıqlayıb.

Edamlar üzrə yeni statistikya əsasən,  hakimiyyət müxtəlif ittihamlar, o cümlədən qəsdən adamöldürmə üzrə oktyabr ayında hər 2 gün 5 nəfəri edam edib.

Müasir hüquq və İnsanlıq prinsiplərinə əsasən insan insanı öldürməməli  və qatili ölüm cəzası ilə öldürmək həmin qatil kimi davranış hesab olunur. 

Bu isə insanlıq fəlsəfəsində paradoks hal sayılır. Ona görə də dünya ölkələrinin çoxu, o cümlədən Azərbaycan Respublikası edam cəzasını ləğv edib. 

Həmçinin insan haqları üzrə beynəlxalq təşkilatlar edam cəzasını saxlayan bir neçə ölkə, o cümlədən İrandan həmin prinsipə əsasən edam cəzasını ləğv etmələrini tələb edirlər.

Taymaz

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar