SON XƏBƏRLƏR

Xiyav əhalisi kəskin azalıb-Millət vəkili mərkəzi hökuməti laqeydlikdə suçlandırdı

2021.12.04, 14:13
Xiyav əhalisi kəskin azalıb-Millət vəkili mərkəzi hökuməti laqeydlikdə suçlandırdı

Gunaz.tv

“Son illər Xiyav bölgəsinə sərmayə qoyulmaması ucbatından bölgənin inkişafdan geri qalması, nəticədə əhalinin əyalət mərkəzi və başqa əyalətlərə köçünün şahidi olmuşuq. Bu səbəblərə görə, Xiyav əhalisi 250 nəfərdən 160 min nəfərə qədər azalıb”-deyə, deyə, millət vəkili bildirib. 

Abbaszadə mərkəzi hökumətin bölgənin geri qalmasındakı roluna toxunmadan yerli məsulları günahlandırıb və onların ədalətsiz yanaşmalarını Xiyavın inkişafınmın qarşısını aldığını iddia edib. 

Qeyd edək ki, bundan öncə Ərdəbil əyalətinin valisinin müavini Behruz Nidayi əyalət cəmiyyətinin azaldığını və bu səbəbdən bir sıra Universitetlərin Ərdəbildən başqa əyalətlərə köçürüldüyünü demişdi.
 
Ərdəbil əyalətinin Kənd və Şuralar Baş İdarəsinin rəis muavini Məsud İmami yeganə əyalətdə mövcud olan 1859 kəndin əksəriyyətin başqa əyalətlərə köç edildiyini və əyalətdə təbii artımın azaldığını söyləyib. 

Bununla yanaşı Ərdəbil əyalətinin İdarəetmə və Planlaşdırma Baş İdarəsinin 2018-ci ildə yaydığı rəsmi statistikaya görə, əyalətin 211 kəndi tamamilə boşalıb və əhali müxtəlif səbəblər ucbatından başqa bölgələrə, xüsusilə başqa əyalətlərə köçüblər. 

C,E

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar