SON XƏBƏRLƏR

Şəbüstər rayonunda güclü daşqınlar yaşanıb

2024.05.04, 11:46
Şəbüstər rayonunda güclü daşqınlar yaşanıb

May ayının 3-də Güney Azərbaycanın Şəbüstər (əvvəlki adı Güney) rayonu Ənqüştcan kəndində kəskin yağışlar nətincəsində daşqın yaranıb.

Gunaz.tv

Bu barədə Şərqi Azərbaycan Əyaləti Fövqəladə Hallar Baş İdarəsinin sədri Əbdülsəməd Rəhimi məlumat verib.

“Turistlərdən bəzisi Ənqüştcan kəndinin yüksəkliklərinə qalxmaq məqsədi ilə öz avtomobillərini çayın sahəsində saxlamışdır. Nəticədə 4 avtomobil selsularına məruz qalaraq xəsarət alıb” Rəhimi bildirib.

Rəhiminin sözlərinə istinadən daşqın nəticəsində can itkisi olmayıb və yardım komandaları tıxanıb qalmış vəziyyətə düşən həmin avtomobilləri çayın aşağı hissəsində sudan çıxarıblar. Xəbər barədə videoya üçün bura tiklayın

Şərqi Azərbaycan Əyaləti Meteolorogiya Mərkəzi yağışların mayın 7-dək davam edəcəyini bildirib.

Taymaz
 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar