SON XƏBƏRLƏR

Blinken: “Belə görünür ki, İran qarşılıqlı olaraq nüvə razılaşmasının şərtlərinin icrasına qayıtmaqda ciddi deyil”

2021.12.04, 08:04
Blinken: “Belə görünür ki, İran qarşılıqlı olaraq nüvə razılaşmasının şərtlərinin icrasına qayıtmaqda ciddi deyil”

Gunaz.tv

 O deyib ki, İran danışıqlara ciddi yanaşmadığına və müzakirələrdə hər hansı bir irəliləyiş olmadığına görə, müzakirələr müvəqqəti olaraq dayandırılıb.

“Son iki gündə aparılan müzakirələrdən göründü ki, İran qarşılıqlı olaraq nüvə razılaşmasının şərtlərinin icrasına qayıtmaqda ciddi deyil. Məhz buna görə də biz danışıqların bu mərhələsinə son qoyduq. 

Bir daha bildirirəm ki, Amerika Birləşmiş Ştatları  İrana danışıqları uzatmaqla öz nüvə proqramını inkişaf etdirməsinə imkan verməyəcək və diplomatiya uğursuzluqla nəticələnəcəyi təqdirdə Vaşinqton digər seçimlərə üz tutacaq. Biz yaxın günlərdə mühüm qərarlar verməliyik.

Biz bu prosesdə iştirak edən tərəfdaşlarımızla yaxından məşvərətlər edəcək, İranın danışıqlarda nə qədər ciddi olub-olmaması məsələni diqqətlə müəyyənləşdirəcəyik”, -deyə ABŞ-ın dövlət katibi Antoni Blinken bildirib.

“Röyter” agentliyi isə dünən məsələ ilə bağlı yaydığı bir məlumatda Vyanada olan avropalı diplomatıarın İran nümayəndə heyətinin danışıqların bu mərhələsində qeyri-ciddi mövqeyindən nigeran və ümidsz olduqlarını bildiriblər.

Diplomatik mənbələrin bildirdiyinə görə, danışıqlara qatılan ölkələrin nümayəndə heyətləri aparılmış müzakirələr barədə məsləhətləşmək üçün öz paytaxtlarına qayıdıblar.

Danışıqların gələn həftənin ortalarından yenidən davam etdiriləcəyi bildirilir. 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar