SON XƏBƏRLƏR

“NABUKKO”: MÜQAVİLƏ İMZALANSA DA, ANLAŞMAZLIQLAR QALIR

2021.10.20, 07:36
“NABUKKO”: MÜQAVİLƏ İMZALANSA DA, ANLAŞMAZLIQLAR QALIR

Gunaz.tv
“Nabukko” qaz boru xəttinin tikintisi ilə bağlı hökumətlərarası müqavilənin imzalanması mərasimi başa çatıb. Türkiyənin ev sahibliyi etdiyi toplantı ilə “Nabukko” layihəsinin gerçəkləşdirilməsi istiqamətində önəmli addım atılıb. Bundan sonrakı mərhələdə əsas iş “Nabukko”ya üzv dövlətlərin tələblərinin uzlaşdırılması və 6 ay sonra layihəyə dəstək müqaviləsinin imzalanmasıdır. “Media forum” saytı xəbər verir ki, layihə ilə bağlı müqavilə imzalansa da, ölkələr arasında bir sıra anlaşmazlıqlar qalmaqdadır. Türkiyə İran qazının da “Nabukko”ya daxil edilməsini istəyir, ABŞ buna qarşı çıxır, Rusiya qaz tədarükçüsü olan ölkələri, hətta bəzi layihə ortaqlarını “Nabukko”dan uzaqlaşdırmaq istiqamətində cəhdlər göstərir, Ankara “Nabukko”dan keçən qazın 15 faizini və tranzit keçiş haqqı tələb edir, Avropa Birliyi tranzit haqqı məsələsində fərqli mövqe nümayiş etdirir, qazın 15 faizinin Türkiyəyə verilməsi məsələsində də ortaq məxrəcə gəlinməyib… Bu və başqa problemlər qarşıdakı 6 ayda müzakirə olunacaq. “Nabukko” müqaviləsinin imzalanmasından sonra mətbuat konfransı keçirən ABŞ-ın Avrasiya enerji mənbələri üzrə xüsusi təmsilçisi Riçard Morninqstar bildirib ki, Türkiyənin qazın 15 faizini almaq tələbi müzakirə olunmalıdır: “Türkiyənin də qaza ehtiyacı var. Türkiyəyə nə qədər qaz satılacağına dair müzakirələr aparılmalıdır. Bu məsələ həll olunmalıdır”. R.Morninqstar Türkiyə ilə Azərbaycan arasında qaz satışına dair məsələnin müzakirə olunduğunu, bu iki ölkə arasında anlaşmanın olacağını səbirsizliklə gözlədiklərini söyləyib. «Media forum»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar