SON XƏBƏRLƏR

Nobel mükafatı laureatları İranı cavabdehliyə çağırdılar

2024.05.16, 13:39
Nobel mükafatı laureatları İranı cavabdehliyə çağırdılar

Nobel mükafatı laureatları İran hökumətinin edamdan vasitə kimi istifadə etməsinə görə məsuliyyətə cəlb olunmasının vacibliyini vurğulayıblar.

Gunaz.tv

Bu barədə beynəlxalq media məlumat yayıb.

Aralarında dünya səviyyəsində tanınmış hüquq müdafiəçilərinin də olduğu bəyanat müəllifləri, beynəlxalq ictimaiyyəti edamları dayandırmaq üçün İrana təzyiq göstərməyə çağırıblar.

Onlar Tehran hakimiyyətinin edaçlardan müxalifləri və etirazçıları qorxutmaq vasitəsi kimi istifadə etməsinə diqqət çəkiblər.

"İranda gender aparteid sistemi hakimdir və bu xüsusilə qadınlara qarşı təzyiqlərin artması ilə müşayiət olunur. Bu, insan hüquqlarının sistematik şəkildə pozulması, insan ləyaqəti və insan hüquqlarına açıq-aşkar etinasızlığın nümunəsidir və beynəlxalq ictimaiyyət buna qətiyyətlə reaksiya verməlidir",- bəyanatda qeyd olunub.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar