SON XƏBƏRLƏR

Ucanda tarixi qala məhv olmaq üzrədir

2024.05.11, 14:00
Ucanda tarixi qala məhv olmaq üzrədir

Şərqi Azərbaycan əyalətinin Ucan (Bostanabad) şəhəri yaxınlığında yerləşən tarixi abidə yox olmaq üzrədir.

Gunaz.tv

Bu barədə yerli mədəni fəallar məlumat yayıb.

Bildirilib ki, Mədəni İrs, Turizm və Əl İşləri İdarəsi və başqa əlaqədar qurumların laqeydliyi nəticəsində tarixi qalanın qalıqları da baxımsızlıq və tarixi əşya qaçaqmalçılarının qanunsuz qazıntıları nəticəsində məhv edilir.

Tikintisinə Səlcuqlular dövründə başlanılan və Elxanlı sülaləsinin sultanı Qazan xan dövründə yenidən qurulan Ucan qalasının bərpası və qorunması üçün 2013-cü ildə təşəbbüs göstərilməsinə baxmayaraq, vəsait ayrılmadığı üçün bu baş tutmayıb və işlər yarımçıq buraxılıb.

Bundan əvvəl 2023-cü ildə də abidənin yendən qurulması və qorunması ilə bağlı əlaqədar dövlət qurumlarına müraciət edilsə, məsələ gündəmə gətirilsə də, bu günə kimi heç bir tədbir görülməyib.

Qeyd edək ki, Mədəni İrs, Turizm və Əl İşləri Nazirliyinin yerli bölmələri tarixi abidələrin bərpası və qorunması üçün mərkəzdən yütərli büdcə ayrılmadığını deyirlər.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar