SON XƏBƏRLƏR

İran sünnilərinin lideri Türkiyəyə getdi

2024.05.16, 12:49
İran sünnilərinin lideri Türkiyəyə getdi

İranda nüfuzlu sünni din xadimi olan və etnik bəlucların dini lideri sayılan Moləvi Əbdülhəmid (İsmayıl Zehri) Türkiyəyə gedib.

Gunaz.tv

Bu barədə onun ofisi məlumat yayıb.

Başqa bəluc mənbələr din xadiminin müalicə üçün Türkiyəyə səfər etdiyini yazıb.

Əbdülhəmidin ofisi onun səhhəti ilə bağlı məlumatı təsdiqləməyib, din xadiminin vəziyyətinin yaxşı olduğunu və bir neçə gün sonra Zahidan şəhərinə qayıdacağını bildirib.

Bir müddət əvvəl İran Təhlükəsizlik və Kəçfiyyat Nazirliyi sünni liderin Məkkəyə nəzərdə tutduğu ziyarətinə mane olub və onun ölkədən çıxışına imkan verməmişdi.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar