"İran siyasi coğrafiyada dəyişikliyi qəbul etməyəcək"-İbrahim Rəisi

11.08.2022, 09:14

İran nprezidenti İbrahim Rəisi Ermənistanın baş naziri Nikol Paşiniyanla telefonda danışıb. Qafqaz bölgəsinin siyasi coğrafiyasında dəyişiklik ehtimalı ilə bağlı İran rəsmilərinin fikirlərini təkrar edib.

Gunaz.tv Quote | Gunaz article

"İran regionun siyasi coğrafiyasında heç bir dəyişikliyi qəbul etmir və Qafqaz regionunda sülh və sabitliyin bərqərar olması, onun böyüməsi və inkişafı üçün bütün imkanlarından istifadə etməyə hazırdır"-deyə, Rəisi bildirib.

İran mediasının verdiyi xəbərə görə, Rəisi avqustun 10-u, axşam saatlarında Ermənistanın baş naziri ilə danışığında iki ölkə arasındakı münasibətləri tarixi və dərin adlandırıb və Tehranla İrəvan arasında davamlı iqtisadi əməkdaşlıq səviyyəsinin artırılmasının zəruriliyini vurğulayıb.

"Üçtərəfli atəşkəs bəyanatını imzalayan dövlətlərin onun müddəalarına sadiq qalması və qalan məsələlərin dialoq və diplomatik yolla həlli Qafqaz regionunda sülh və təhlükəsizliyin yaradılmasının ən yaxşı yoludur"-deyən, İran prezidenti qeyd edib.

O, İranın rəhbəri Əli Xameneyinin Rusiya və Türkiyə prezidentləri ilə son görüşdə İranın Qafqaz regionunda öz sərhədlərinə həssaslığı və bu sərhədləri dəyişdirmək cəhdinə qarşı çıxması ilə bağlı strateji bəyanatlarına toxunub.

Ermənistanın baş naziri Nikol Paşinyan da bu telefon danışığında Ermənistanla Azərbaycan arasında baş verən son münaqişələr barədə ətraflı məlumat verib.

Ermənistanın baş naziri Tehran-İrəvan əlaqələrinin inkişafından məmnunluğunu ifadə edib və ölkəsinin iki ölkə arasında yüklərin tranzitini asanlaşdırmağa, infrastruktur, o cümlədən yol və enerji sahələrində əməkdaşlığı artırmağa hazır olduğunu vurğulayıb.

Qeyd edək ki, İran prezidentinin Qafqazda siyasi coğrafiyanın dəyişdirilməsi ilə bağlı fikirləri Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Zəngəzur dəhlizi ilə bağlı çıxışından sonraya təsadüf edir.

"Ermənistan istəsə də, istəməsə də Naxçıvanın Azərbaycanın digər bölgələri ilə əlaqəsi qurulacaq”-deyə, C. Bayramov avqustun 9-da bildirmişdi.

Xatırladaq ki, İranın rəhbəri Seyid Əli Xaməneyi iyulun 19-da tvitter səhifəsində etdiyi paylaşımında Ermənistan-İran sərhəddinin bağlanması ehtimalından narahatlığını ifadə edib.

"Biz Qarabağın Azərbaycana qayıtmasına sevinirik. Ancaq əgər İran-Ermənistan sərhəddinin bağlanması siyasəti olsa İran buna qarşı çıxacaq. Ona görə ki, bu yol neçə min illik əlaqə yoludur"-deyə, Əli Xameneyi yazıb.

Cavidan

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

"İranda baş verənlər sistemli qətllərə, ayrı-seçkilik yaradan qanunlara üsyandır"- Beynəlxalq Əfv Təşkilatı

2022-09-29

gun az article

Amerika İrana məxsus pilotsuz təyyarəni vurub

2022-09-29

gun az article

"Tehranda 185 "Bəsic" üzvü yaralanıb"-SEPAH-dan açıqlama

2022-09-29

gun az article

Ancelina Coli İranda etiraz edən qadınlara dəstək verdi

2022-09-29

gun az article

“Erasmus+” 2 proqramının açılış mərasimi keçirilib

2022-09-28

gun az article

Azərbaycan XİN: "Ermənistan bölgədə vəziyyəti gərginləşdirmək istəyir"

2022-09-29

gun az article

İbrahim Rəisi yenidən etirazçıları iğtişaşçı adlandırdı

2022-09-29

gun az article

Sərhədsiz Reportyorlar Təşkilatı İranda 33 jurnalistin həbsdə olduğunu bildirib

2022-09-29

gun az article

İranda etiraz aksiyaları davam edir

2022-09-29

gun az article

İran parlamentinin bir qrup üzvü kütləvi etirazları pisləyən bəyanat yayıb

2022-09-28

gun az article

Fransanın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlir

2022-09-28

gun az article

Kəlbəcərdə Ermənistanın açdığı atəş nəticəsində hərbi qulluqçumuz yaralanıb

2022-09-28

gun az article

İspaniya İranda etirazçılara qarşı qəddarlığa görə bu ölkənin səfirini XİN-ə çağırıb

2022-09-28

gun az article

ABŞ öz vətəndaşlarını Rusiyanı dərhal tərk etməyə çağırıb

2022-09-28

gun az article

Şiraz Universitetində etiraz aksiyası keçirilir-VİDEO

2022-09-28

gun az article

Tehranın 3 zindanına 2 min etirazçı aparılıb

2022-09-28

gun az article

İran yenidən Azərbaycan sərhəddinə yaxın bölgədə terrorçu tutduğunu iddia edib

2022-09-28

gun az article

SEPAH İraqın şimalında müxalif təşkilatların qərargahlarını atəşə tutub

2022-09-28

gun az article

İranın Polis Komandanlığı üsyançıları hədələdi: "Sərt tədbirlər görüləcək"

2022-09-28

gun az article

BMT-nin baş katibi: "Etirazlarda qadın və uşaqlar da daxil olmaqla, həlak olanların sayının artmasından narahatıq"

2022-09-28