SON XƏBƏRLƏR

Şərqi Azərbaycanda idman sahəsinə diqqət yoxdur

2021.10.27, 10:24
Şərqi Azərbaycanda idman sahəsinə diqqət yoxdur

Gunaz.tv

Əyyub Behcət bir sıra tanınmış idmançıların ciddi məişət problemləri yaşadıqlarını deyib.

“Hətta Norveç kimi inkişaf etmiş ölkədə belə idman sahəsində bir medal qazanmaq üçün çalışıldığı halda, Təbrizdə 7 qızıl medal qazanan idmançı dolanışıq üçün siqaret satmaq məcburiyyətində qalıb”-deyə, Əyyub Behcət bildirib.

Hal-hazırda Təbrizdə 12 idman salonu fəaliyyət göstərdiyini bildirən Əyyub Behcət deyib ki, bu şəhərin cəmiyyəti ilə müqayisədə olduqca azdır.

Əyyub Behcət əyalətdə olan minlərlə kəndin yalnız 201-də idman evinin olduğuna diqqət çəkib, bunun başqa əyalətlərlə müqayisədə cüzi rəqəm olduğunu qeyd edib.

Təbrizin şəhər şurasının üzvü Fridun Babayi Müqəddəm isə məsələ ilə bağlı açıqlamasında bildirib ki, hazırda Təbrizdə adam başına düşən idman sahəsi 16 santimetrdir.

“Qəbul edilmiş qaydalara əsasən Təbrizdə adam başına düşən idman sahəsinin ən azı 1.20 və 2 metr nəzərdə tutulduğu halda bunun 16 santimetr olması başa düşülən deyil”-deyə, Babayi Müqəddəm əlaqədar orqanlara irad bildirib.

Şəhər Şurasının başqa üzvü Pərviz Hadi deyib ki. son 4 ildə Təbrizdə idman sahəsi tamamilə məhv edilib.

“Son 4 ildə Təbriz bələdiyyəsi nəzdində fəaliyyət göstərən və idmançılarının 95%-nın yerli olduğu 40 idman komandası dağıldı. Belə gedərsə olub-qalan idman komandaları və klublarıda dağılacaq”-deyə, Pərviz Hadi xəbərdarlıq edib.

Şəhər Şurasının üzvü Əlirza Nəvayi Bağban isə cari ildə Təbrizin idman sahəsinə yalnız 200 milyon tümən vəsait ayrıldığını, bunun öncəki illərdə nəzərdə tutulan 18 milyard tüməndən 90 dəfə az olduğunu söyləyib.

C.E 
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar