SON XƏBƏRLƏR

Rəsmi təqdimat mərasimində Şərqi Azərbaycan valisi döyüldü-VİDEO

2021.10.23, 10:42
Rəsmi təqdimat mərasimində Şərqi Azərbaycan valisi döyüldü-VİDEO

Gunaz.tv

Şərqi Azərbaycan əyalətinin yeni valisi Zeynəlabdin Rəzəvi Xurrəm çıxış etdiyi zaman hücuma məruz qalıb.

Naməlum şəxs səhnə arxasından çıxaraq yeni valiyə şillə vuraraq onun çıxış etməsinə imkan verməyib.

Mühafizəçilər hücum edən şəxsi saxlayaraq tribunadan uzaqlaşdırıblar. 

Qeyd edək ki, yeni vali İslam İnqilab keşikçiləri Korpusunun (SEPAH) başçılarından biri olub və radikal mühafizəkar qanada mənsubdur.

Təsdiqlənməmiş məlumatlara görə, valiyə hücum edən şəxs də rütbəcə polkovnik olan SEPAH zabitidir.

Onun Şərqi Azərbaycana vali seçilməsi əhalinin və şəhər şurası üzvlərinin əksəriyyətinin narazılığına səbəb olub.

C.E  
 

حاشیه‌‌های مراسم معارفه استاندار آذربایجان شرقی/ استاندار جدید سیلی خورد+فیلم

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar