SON XƏBƏRLƏR

Dəşkənddə İƏT-in 16-cı sammiti keçirilir, tədbirdə Prezident İlham Əliyev iştirak edir 

2023.11.09, 11:43
Dəşkənddə İƏT-in 16-cı sammiti keçirilir, tədbirdə Prezident İlham Əliyev iştirak edir 

Azərbaycan Prezidenti İlham Əliyev sammitin keçirildiyi Daşkənd Şəhər Konqres Mərkəzinə gəlib.

Gunaz.tv

Azərbaycan dövlət başçısını Özbəkistan Prezidenti Şavkat Mirziyoyev qarşılayıb.

1992-ci ilin noyabrından təşkilata üzv olan Özbəkistan ilk dəfə İƏT çərçivəsində çoxtərəfli sammitə ev sahibliyi edir.

Sammitdə təşkilata üzv 10 ölkənin rəhbərləri və yüksək səviyyəli rəsmiləri iştirak edir.

Qeyd edək ki, İran, Qırğızıstan, Tacikistan, Türkiyə və Türkmənistan prezidentləri, o cümlədən Azərbaycan Prezidenti İlham Əliyev də sammitdə iştirak etmək üçün Daşkənddədirlər.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar