SON XƏBƏRLƏR

Güney Azərbaycanın iki filmi Bakı Beynəlxalq Film Festivalında iştirak edir

2023.11.15, 15:54
Güney Azərbaycanın iki filmi Bakı Beynəlxalq Film Festivalında iştirak edir

14-cü Bakı Beynəlxalq Qısa Filmlər Festivalının Asiya müsabiqəsi bölməsində 11 ölkədən 16 film yarışır və bunlar arasında Seyid İbrahim Cavadxaninin “Boğanaq” və Soniya Fəthinin “Gəlin” filmləri də var. 

Gunaz.tv

Bu barədə Ərdəbil əyalətinin Gənclər Kino Cəmiyyətinin direktoru Mir Dövlət Musəvi bildirib.

Noyabrın 10-da başlayan 14-cü Bakı Beynəlxalq Qısa Filmlər Festivalı noyabrın 15-ə kimi davam edəcək.

Bakı Beynəlxalq Qısa Filmlər Festivalının əsas mükafatı “Qızıl Nar”dır. “Qızıl Nar” behiştdən onlarla dənəciyi- ideyanı, enerjini bətnində daşıyan qadını təsvir edir. 

“Qızıl Nar”la yanaşı festival bəzi nominasiyalar üzrə qaliblərə xüsusi mükafat və diplom təqdim edir.

Festivala göndərilən filmlər arasında Kann, Venesiya, Berlin Film Festivallarında, “OSKAR”da mükafat və uğur qazanmış filmlər də yer alır. Festivalın müsabiqə bölümündə isə fərqli yanaşma tərzi ilə seçilən filmlər yarışır.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar