SON XƏBƏRLƏR

Pərviz Siyabi həbsxanaya qaytarıldı

2023.11.20, 11:59
Pərviz Siyabi həbsxanaya qaytarıldı

Ərdəbil şəhərindən olan hüquqşünas və mədəni fəal Pərviz Siyabi həbsxanaya qaytarılıb.

Gunaz.tv

Səhəttində problemlər olan 74 yaşlı hüquqşünas bir müddət əvvəl tibbi məzuniyyətə buraxılmışdı.

Bildirilib ki, Pərviz Siyabinin müalicə olunması ilə bağlı 5 nəfərdən ibarət həkim heyətinin arayış verməsinə baxmayaraq, onun müalicəsinin davam etdirilməsinə icazə verilməyib.

Qeyd edək ki, Pərviz Siyabi Xuzistan ərəblərinin su qıtlığı ilə bağlı etirazlarına dəstək verdiyinə görə 25 iyul 2021-ci ildə təhlükəsizlik məmurları tərəfindən saxlanılıb.

O, “rejimə qarşı olan media ilə əlaqə saxlamaq və sosial şəbəkələrdə, kütləvi informasiya vasitələrində sistemin bütünlüyünə və təməlinə qarşı çıxmaq məqsədilə müsahibələr vermək" ittihamı ilə 6 il azadlıqdan məhrum edilib.

Siyabi həmçinin həqiqətə uyğun olmayan məlumatlar dərc etməklə İran İslam Respublikasının müqəddəs sisteminə qarşı təbliğat fəaliyyəti aparmaq”da,  “ölkənin təhlükəsizliyini pozmaq məqsədi ilə real olmayan qrupları idarə etmək” və “ölkənin təhlükəsizliyini pozmaq məqsədi ilə qeyri-qanuni qruplara və dəstələrə üzv olmaq”da suçlandırılır.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar