SON XƏBƏRLƏR

İranlı terrorist Almaniyada həbs cəzasına məhkum edildi

2023.11.24, 12:39
İranlı terrorist Almaniyada həbs cəzasına məhkum edildi

Almaniyanın Dortmond şəhərinin məhkəməsi 26 yaşlı iranlı gənci kimyəvi terror aktı törətmək üçün sui-qəsd təşkil etməkdə ittiham edərək, 4 il həbs cəzasına məhkum edib.

Gunaz.tv

Bu barədə Almaniya mediası məlumat yayıb.

"Bu iranlı başqalarına zərər verməmək üçün həbsini xüsusi qorunan təcridxanada keçirməlidir",- məhkəmə başçısı Dirk Kintz deyib.

Daha əvvəl mediada “C.C” kimi təqdim edilən iranlı bu ilin yanvarında qardaşı ilə birlikdə Almaniya təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.

Qeyd edək ki, bundan əvvəl sentyabrın 12-də Almaniyada yəhudi sinaqoquna hücum planlaşdıran başqa bir iranlı Düseldorf məhkəməsində mühakimə edilib.

İttiham aktina görə, 36 yaşlı iranlı sinaqoqun yandırılması haqqında İran dövlətinə bağlı şəxslərdən göstəriş alıbmış.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar