SON XƏBƏRLƏR

Güneyli sənətçinin İsveçrədə rəsm sərgisi keçirilir

2023.12.06, 14:39
Güneyli sənətçinin İsveçrədə rəsm sərgisi keçirilir

Güney Azərbaycanın Ərdəbil şəhərindən olan tanınmış rəssam və sənətçi, milli-mədəni fəal Mustafa Pərvinin İsveçrənin Fribourg şəhərində rəsm sərgisi təşkil edilib.

Gunaz.tv

Sərgi dekabrın 14-ə kimi davam edəcək.

"Mustafa Pərvenin bədii yaradıcılığı iranlıların uzun müddət gündəlik həyatını məşğul edən iztirabları əks etdirir",- sənətçinin əsərlərinin tanıtımı ilə bağlı nəşr olunan broşurada yazılıb.

Bundan əvvəl cari ilin 23 fevral 30 mart tarixləri arasında M.Pərvinin İsveçrənin Lozanna şəhərində rəsm sərgisi keçirilmişdi. 

Qeyd edək ki, Mustafa Pərvin dinc milli-mədəni fəaliyyətlərinə görə, bir neçə dəfə Tehran hökumətinin təqib və təzyiqlərinə məruz qalıb.

Pərvinin Ərdəbil, Təbriz və başqa şəhərlərdə rəsm sərgisinin keçirilməsinə icazə verilməyib.

O, İsveçrənin Lozanna şəhərində keçirilən sərgidə nümayiş etdirilən rəsm əsərlərindən bir neçəsini hərraca çıxararaq əldə edilən vəsaiti Xoyda zəlzələdən zərərçəkənlərə yardım edib.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar