SON XƏBƏRLƏR

“Azərbaycanın milli hərəkatı kolonializm və despotizmlə mübarizə edir.”- Yürüş Mehrəlibəyli

2023.12.08, 11:08
“Azərbaycanın milli hərəkatı kolonializm və despotizmlə mübarizə edir.”- Yürüş Mehrəlibəyli

Güneyli aktivist Yürüş Mehrəlibəyli saxlanılmasından 2 gün öncə paylaşdığı videoda Güneydə başlamış milli hərəkatının kolonializm və despotizmlə mübarizə etdiyini deyib.

Gunaz.tv

Yürüş bəy müstəmləkə vəziyyətdə olan xalqların durumunu qısaca izah edərək İranda hakim xalqın (fars xalqı) Güney Azərbaycana kolonializm siyasəti yürütdüyünü izah edib.

“İran adlanan ölkədə yaşayan xalqlara, o cümlədən türk, ərəb, bəluç, kürdlərə, həmçinin qeyri rəsmi dinlərə, qadınlara qarşı ayrıseçkilik tətbiq olunur.”-deyə güneyli aktivist bildirib.

Məşhur aktivist həmçinin (Güney) Azərbaycan xalqının bircə qurtuluş yolunun “Azadlıq, Ədalət, Milli Hökumət” tələbinin reallaşmasında olduğunu deyib.

Yürüş Mehrəli bəyli noyabrın 7-də təhlükəsizlik məmurları tərəfindnə saxlanılıb. Bu müddətdə ailəsi ilə əlaqə saxlamaq üçün ona ancaq bir neçə dəqiqəlik danışıq icazəsi verilib.

Taymaz

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar