SON XƏBƏRLƏR

Rusiya və İran dinləmə cihazlarının idxalı üçün əməkdaşlıq edəcəklər

2023.12.14, 11:26
Rusiya və İran dinləmə cihazlarının idxalı üçün əməkdaşlıq edəcəklər

İran və Rusiya arasında informasiya təhlükəsizliyi sahəsində əməkdaşlıq memorandumunun təsdiq edilməsindən sonra İranda vətəndaşların şəxsi məlumatlarına nəzarət güclənəcək.

Gunaz.tv

Bu barədə İran parlamentinin üzvü Calal Mahmudzadə deyib.

"Yaxın gələcəkdə dinləmə avadanlığının idxalı və insanların məlumatlarına nəzarət sahəsində əməkdaşlıq artacaq",- nümayəndə bildirib.

Qeyd edək ki, dekabrın 10-da İran parlamentində keçirilən açıq iclasda parlament üzvləri Rusiya ilə informasiya təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında saziş layihəsini təsdiq edilib.

İclasda iştirak edən 229 nümayəndədən 180-i lehinə, 27-si əleyhinə və 10-u bitərəf olmaqla bu sazişin şərtləri təsdiq edilib.

“İlna” xəbər agentliyinin məlumatına görə, nümayəndələr bu qanun layihəsi ilə bağlı Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının hesabatı ilə də razılaşıblar.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar