SON XƏBƏRLƏR

Prezident Daşaltı kənd məscidinin tikintisi ilə tanış olub

2023.12.21, 12:56
Prezident Daşaltı kənd məscidinin tikintisi ilə tanış olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 21-də Şuşa rayonunun Daşaltı kənd məscidində tikinti işlərinin gedişi ilə tanış olub.

Gunaz.tv

Dövlətimizin başçısına görülən işlər barədə məlumat verilib. 

Qeyd edək ki, işğal dövründə düşmən tərəfindən dağıdılmış dini-mədəni abidələrimizdən biri də Daşaltı kənd məscididir.  Qarabağ işğaldan azad olunandan sonra Daşaltı məscidinin 2021-ci il noyabrın 7-də Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən yenidən təməli qoyulub.

Hazırda məsciddə, köməkçi binalarda və istinad divarında dəmir-beton və daş hörgü işləri davam etdirilir. Tikinti işlərinin 2024-cü ilin ikinci rübündə başa çatdırılması planlaşdırılır.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar