SON XƏBƏRLƏR

"Traxtura"a qarşı kampaniya başladılıb

2023.12.21, 15:49
"Traxtura"a qarşı kampaniya başladılıb

Güney Azərbaycan təmsilçisi "Traxtur" futbol komandasının son üç qarşılaşmada qələbə qazanmasına qısqanc münasibət göstərilir.

Gunaz.tv

Bu barədə material dərc edən Təbrizin "Azərəncümən" nəşri komandanın ispaniyalı baş məşqçisi Pako Xomezin hədəfə alındığını yazıb.

Bildirilib ki, Təbriz komandasının turnir cədvəlində 3-cü pilləyə yüksəlməsindən sonra hücumlar daha da artıb.

Nəşrin yazdığına görə, bu baş məşqçinin və komandanın gözdən salınası, oyunçuların və tərəfdarların əhval-ruhiyyəsinin korlanmasına hesablanıb.

Qeyd edək ki, son vaxtlar "Traxtur"un baş məşqçisi Təbrizin "Yadiqari imam" (Səhənd) stadionunun durumundan narahatlığını ifadə edib.

O, milyonlarla tərəfdarı olan Azərbaycan komandasına qarşı belə münasibətin başa düşülən olmadığını bildirib.

Bundan sonra İran mediası və televizya kanallarının idman verilişlərinin aparıcı və qonaqları Pako Xomezə qarşı kampaniya başladıblar.

Onlar baş məşqçinin ona dəxli olmayan məsələlərə müdaxilə etdiyini iddia ediblər.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar