SON XƏBƏRLƏR

Avropa ölkələri İranın yük maşınlarına viza verilməsini dayandırıb

2024.01.08, 13:27
Avropa ölkələri İranın yük maşınlarına viza verilməsini dayandırıb

Bu barədə Nəqliyyat və Daşıma Komissiyasının sədri Rza Rüstəmi İranın Ticarət Palatasının yeddinci iclasında bildirib.

Gunaz.tv

“Cari Milad ilinin ilk günlərindən İranın Mərkəzi Sığorta Təşkilatına sanksiyalar qoyulub. Ona görə də, ölkənin tranzit sektoru böyük problemlərə tuş gəlib”. Komissiyanın sədri Rza Rüstəmi belə deyib. 

“Sanksiya tətbiq olunduğuna görə İtaliya istisna olmaqla Avropa ölkələri iranlı yük maşını sürücülərinə viza çıxarmır. İtaliya da məhdud şəkildə viza verir. 

Bu səbəbdən sərhədlərdə gözləmə cərgəsi formalaşıb” - deyə Rüstəmi əlavə edib.

Taymaz
 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar