SON XƏBƏRLƏR

Yermak: "Kiyev müharibəni dondurmayacaq"

2024.01.15, 12:10
Yermak: "Kiyev müharibəni dondurmayacaq"

Ukrayna hakimiyyəti müharibənin dondurulmasına razılaşmayacaq və Rusiya tərəfindən ələ keçirilən ərazilərin azad olunması kursunu davam etdirəcək.

Gunaz.tv

 Ukrayna prezidentinin ofis rəhbəri Andrey Yermak Davosda keçirilən Ukrayna sülh formulasına dair müzakirələrdən sonra belə deyib.

"İkrayna prezidenti və onun bu komandası heç vaxt münaqişənin hər hansı bir şəkildə dondurulması ilə razılaşmayacaq və qəbul etməyəcək.

Bu, Ukrayna cəmiyyəti tərəfindən qəbuledilməzdir. Ukraynaya dondurulmuş münaqişələr yox, ədalətli dünya lazımdır. Ukrayna  gələcəkdə hər hansı potensial təcavüzün qarşısını almaq istəyir və bu fürsətdən istifadə edir", - Andrey Yermak bildirib.

Məmur, həmçinin Ukraynanın tərəfdaşlarının Kiyevi ərazi güzəştlərinə getməyə məcbur etmədiyini vurğulayıb. Onun sözlərinə görə, tərəfdaşlar artıq Ukraynanın mövqeyini bilirlər və buna hörmətlə yanaşırlar.

“Mən liderlər də daxil olmaqla, demək olar ki, bütün yüksək səviyyəli görüşlərdə iştirak etmişəm. Heç vaxt eşitməmişəm ki, partnyorlarımızdan kimsə bizim tərəfimizdən hər hansı güzəşt barədə müzakirə aparsınlar ki. O cümlədən də Krım məsələsi”, - Ukrayna prezidentinin ofisinin rəhbəri deyib.

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar