SON XƏBƏRLƏR

Abdullahian Pakistanın baş naziri ilə görüşdü

2024.01.17, 13:39
Abdullahian Pakistanın baş naziri ilə görüşdü

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian və Pakistanın Baş naziri Ənvar-ül Haq Kakar ilə Davos sammiti çərçivəsində görüşüb və müzakirələr aparıb.

Gunaz.tv

Bu barədə İran mediası məlumat yayıb.

İranın XİN başçısı iki ölkə arasında münasibətlərin inkişaf etdiyini deyib.

Bu, ötən gün İranın Pakistan ərazisinə raket və PUA hücumundan sonraya təsadüf edir.

Pakistanın Xarici İşlər Nazirliyi hadisə ilə əlaqədar İranın müvəqqəti işlər vəkilini çağıraraq ona etirazını bildiib.

“Pakistan suverenliyinin pozulması qətiyyən qəbuledilməzdir və bunun ciddi fəsadları ola bilər”, – İslamabad Tehrana xatırladıb.

Görüşdə bu məsələnin müzakirə edilib-edilmədiyi haqda məlumat verilməyib.

Qeyd edək ki, SEPAH yanvarın 16-ı gecə saatlarında Pakistanla sərhəddə "Ceyş əl-Ədl" silahlı qruplaşmasının qərargahına zərbələr endirdiyini bildirib.

Ancaq hücum nəticəsində 2 az yaşlı uşaq ölüb, 3 qadın isə yaralanıb.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar