SON XƏBƏRLƏR

Narkomaniyadan müalicə alan 200 min nəfərin müalicəsi dayandırıla bilər

2024.01.19, 14:46
Narkomaniyadan müalicə alan 200 min nəfərin müalicəsi dayandırıla bilər

Narkomaniyadan müalicə alan 200 min nəfərin müalicəsi dayandırıla bilər

Gunaz.tv


Narkomaniyadan müalicə mərkəzlərinin fəaliyyətlərinə lisenziyanın verilməsi üzrə təşkilatın sosial sağlamlıq işləri üzrə müavini Mehri Sadat Musəvinin yanvarın 16-sı çıxardığı təlimat əyalətlərdəki şöbələrə bildirilib. 

Bildirişdə təşkilatın qanuni fəaliyyətinin  sona çatdığı qeyd olunub. 

Nəticədə, Səhiyyə Təşkilatına bağlı 1018  müalicə mərkəzi 2024-cü ilin mart ayından həmişəlik bağlana və ya fəaliyyətləri dayandırıla bilər.

 Belə ki, dövlətin maliyyə təmini kəsilməklə, müalicə alan 200 min narkomanın müalicə xərci problemə çevirləcək.  

Həmçinin müalicələrində də intervalın yaranması onların yenə narkomanlığa qayıtma və narkotik maddələrin daha çox istifadəsi ilə nəticələnə bilər. 

Xatırladaq ki, İran hakimiyyəti kəskin büdcə çatışamzlığına tuş gəldiyinə görə çıxış yolu olaraq bu və sair sosial sahələrdə belətədbirlər həyata keçirir.

Taymaz

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar