SON XƏBƏRLƏR

Ukraynaya raket hücumları nəticəsində 5 nəfər ölüb, 40 nəfər yaralanıb

2024.01.23, 15:00
Ukraynaya raket hücumları nəticəsində 5 nəfər ölüb, 40 nəfər yaralanıb

Yanvarın 23-də Rusiyanın Ukraynaya hücumu nəticəsində 5 nəfər həlak olub, ən azı 40 nəfər yaralanıb.

Gunaz.tv

Bu barədə Ukrayna Daxili İşlər Nazirliyi məlumat yayıb.

Kiyevə raket hücumu nəticəsində paytaxtın Svyatoşin, Solomenski və Peçerski rayonlarında bir neçə yanğın baş verib. Bir nəfər həlak olub, iki çoxmərtəbəli binaya, fərdi evə və avtomobillərə ziyan dəyib.

Kiyev vilayətinin Buçanski rayonunda xilasedicilər işləyir. Orada da dağıntılar olub, üç nəfər yaralanıb. Dnepropetrovsk vilayətinin Pavloqrad şəhərində isə bir nəfər ölüb, bir nəfər xəsarət alıb.

Xarkova hücum nəticəsində iki çoxmərtəbəli binaya ziyan dəyib, ilkin məlumatlara görə, 3 nəfər həlak olub, daha 30-a yaxın insan yaralanıb.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar