SON XƏBƏRLƏR

MN: "Çətin relyefli ərazilərdə bölmələrin təminatı fasiləsiz təşkil olunur"

2024.01.30, 11:05
MN: "Çətin relyefli ərazilərdə bölmələrin təminatı fasiləsiz təşkil olunur"

Kəlbəcər və Laçın rayonlarının çətin relyefli və dağlıq ərazilərində dislokasiya olunan hərbi hissələrin xidməti-döyüş fəaliyyətinin fasiləsiz təşkili məqsədilə həyata keçirilən zəruri tədbirlər davam edir.

Gunaz.tv

Bu barədə  Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

"Azərbaycan Ordusunun mühəndis bölmələrinin digər dövlət qurumları ilə qarşılıqlı fəaliyyəti nəticəsində rabitə və kommunikasiya xətlərinin sərt iqlim şəraitində daim işlək vəziyyətdə saxlanılması, bölmələrin hərtərəfli təminatının fasiləsiz həyata keçirilməsi məqsədilə yolların qar örtüyündən təmizlənməsi prosesi növbəli şəkildə sutkaboyu icra olunur", - məlumatda qeyd olunub. 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar