SON XƏBƏRLƏR

ABŞ İranın 520 min barrel neftini  saxlayıb

2024.02.03, 11:46
ABŞ İranın 520 min barrel neftini  saxlayıb

Amerikanın Ədliyyə Nazirliyi həmçinin SEPAH-a qarşı terrorizm və sanksiyalardan yayınma ittihamı ilə Amerikada maliyyə təmini şəbəkəsində 108 milyon dollardan artıq vəsaitini zəbt edib.

Gunaz.tv

Həmin həcmdə vəsait Çinin Dövlət Neft Cəmiyyətinə (COPC) məxsus olub. Lakin dolayısı ilə SEPAH-a bağlı cəmiyyət kimi fəaliyyət göstərir. 

Çinin Dövlət Neft Cəmiyyəti qeyd olan məbləği Amerikanın müəssisələrinin bank hesabları vasitəsi ilə yumaq niyyətində olub. 

Nazirliyin yüksək bir vəzifəli əməkdaşı İranın isitfadə etdiyi vəsaitlərin dövriyyəsinin kəsilməsi məqsədi ilə tədbirlərin davam edəcəyini və ABŞ xalqının qorunması üçün bu tədbirlərin vacib olduğunu deyib. 

Qeyd edək ki, həmin həcmdə neft Abis (Abyss) tankerində olub.

Taymaz

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar