SON XƏBƏRLƏR

Güney Azərbaycanın digər bir aktivisti də saxlanılıb

2024.02.06, 11:07
Güney Azərbaycanın digər bir aktivisti də saxlanılıb

Güney Azərbaycan milli hərkatının aktivisti Mürtəza Pərvin Cüda bu gün səhər Ərdəbil şəhərində atası evindəndən götürülərək təhlükəsizlik idarəsinə aparılıb. 

Gunaz.tv

“Abbas Lisani Məlumatlandırma İnternet Səhifəsinin” xəbərinə istinadən təhlükəsizlik məmurları 4 mülki avtomobillə səhər fevarlın 6-da aktivistin atası evinə müraciət ediblər.

Mənzildə axtarış aparandan sonra şəxsi əşyaları, o cümlədən mobil telefonu və oxuduğu kitabları da daxil olmaqla Mürtəzanı idarəyə aparıblar. Onun hansı ittihamla saxlanılması barədə məlumat verilməyib.

Bundan əvvəl Güneyli aktivist Mürtəza Pərvin mədəni və incəsənət sahələrində fəsliyyətlərinə görə dəfələrlə şəhərin təhlükəsizlik idarəsinə çağırılıb, hədələnib və həbs olunub.

O, əvvəllər hər il keçirilən Babək Qalası (Bəzz Qalası) yürüşü zamanı saxlanılıb və “ümumi intizamı pozma” ittihamlı ilə nağd məbləğ ödənişi, 4 ay həbs və 40 dəfə qamcı vurulmağa məhkum olunub. 

Aktivist şəhərin prokurorluğunda qamçılanma qərarının icrasına qarşı çıxdığına görə məmurlar tərəfindən döyülüb ağır söyüşlərə məruz qalıb. 

Taymaz
 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar