SON XƏBƏRLƏR

Qumda məhkumun barmaqları kəsildi

2024.02.08, 16:00
Qumda məhkumun barmaqları kəsildi

Qum şəhərinin həbsxanasında başqa məhbusların gözü qarşısında oğurluqda günahlandırılan Yusif.T adlı məhkumun barmaqları kəsilib.

Gunaz.tv

Bu barədə məlumat yayan İran İnsan Haqları Təşkilatı məhkum SEPAH zabitinə məxsus 5 qoyunu oğurlamaqda günahlandırıldığına görə cəzalandırıldığını bildirib.

Qeyd edək ki, bir müddət əvvəl Beynəlxaql Əfv Təşkilatı İran həbsxanalarında bədən əzalarının kəsilməsi cəzası ilə bağlı bəyanat yayıb.

"Bu amputasiyalar xüsusilə İran hakimiyyətinin insan haqları və insan ləyaqətinə hücumunun dəhşətli təzahürüdür. Amputasiya cəzası məhkəmə hökmü ilə həyata keçirilən işgəncədir və bu  cinayət hesab edilir",- bəyanatda bildirilib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar