SON XƏBƏRLƏR

Latviya Rusiya nömrəli avtomobilləri müsadirə etməyə başlayacaq

2024.02.15, 10:53
Latviya Rusiya nömrəli avtomobilləri müsadirə etməyə başlayacaq

Latviya Rusiya dövlət nömrə nişanlı avtomobilləri müsadirə etməyə başlayacaq

Gunaz.tv

Bu barədə yerli “LSM.lv” portalı məlumat yayıb.

Qərara əsasən 14 fevrala qədər Latviyada yenidən dövlət qeydiyyatına alınmayan Rusiya dövlət nömrə nişanlı avtomobillərin müsadirəsinə başlanılacaq.

Məlumatda deyilir ki, 24 saat ərzində Latviya ərazisindən tranzit yolu ilə keçən nəqliyyat vasitələri və diplomatların avtomobilləri müsadirə olunmayacaq. Haqqında sözügedən qərar ötən ilin 2 noyabrında Latviya Seymi (parlamenti) tərəfindən qəbul edilib.

Müsadirə olunan avtomobillər Ukraynaya veriləcək. Bununla yanaşı, Latviyada qeydiyyatda olmayan Rusiya nömrəli avtomobildən icazəsiz istifadəyə görə 750-2000 avro məbləğində cərimə tətbiq olunacaq.

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar