SON XƏBƏRLƏR

İsrail xarici işlər naziri: "İlanın başı İrandır, buna dözməyəcəyik"

2024.02.24, 13:13
İsrail xarici işlər naziri: "İlanın başı İrandır, buna dözməyəcəyik"

İlanın başı İrandır. Şimalda məsələnin diplomatik həllini çox gözləməyəcəyik. Təhlükəsizlik Şurasına göndərdiyimiz məktubumuzda açıqladığımız əsas məlumatlar Təhlükəsizlik Şurasının mövqeyində dəyişikliyə səbəb olmasa, biz özümüz tədbir görməkdən çəkinməyəcəyik.

Gunaz.tv

Bunu İsrailin xarici işlər naziri İsrail Kats özünün X sosial şəbəkə hesabında yazıb.

"İsrailin səbri tükənib və bu ölkənin təbii olaraq öz torpaqlarını və vətəndaşlarını müdafiə etmək hüququ var",- İsrailin XİN başçısı qeyd edib.

Bundan əvvəl İsrailin BMT Təhlükəsizlik Şurasına göndərdiyi məktubda İranın terror təşkilatlarına silah göndərilməsi prosesinin sürətləndirilməsi barədə ətraflı məlumat verilib. 

Bildirilib ki, Qəzza müharibəsi başlayandan bəri İran Suriya vasitəsilə Hizbullah terror təşkilatına silah göndərilməsi prosesini sürətləndirib.

İsrail Kats, BMT Təhlükəsizlik Şurasına ünvanlanan məktubda İranın Hizbullah terror təşkilatına qurudan, Suriya və Livan sərhədlərindən, eləcə də hava və dənizdən istifadə edərək silah göndərdiyini yazıb.

"Təhlükəsizlik Şurası Livan hökumətindən öhdəliklərini tam yerinə yetirməyi, məsuliyyəti öz üzərinə götürməyi və öz torpağından İsrailə qarşı hücumların qarşısını almağı tələb etməlidir”,- məktubda vurğulanıb.

Qeyd edək ki, İran tərəfinin 1701 saylı qətnamənin, habelə Təhlükəsizlik Şurasının 2231 və 1540 saylı qətnamələrini kobud şəkildə pozduğu bildirilir.

Bu, BMT Təhlükəsizlik Şurasının tədbir görməyəcəyi təqdirdə İsrailin İrana qısas və önləyici zərbələr endirməsini əsaslandıra bilər.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar