SON XƏBƏRLƏR

İran Əl-Qaidə rəhbərlərinə sığınacaq verib - ABŞ

2024.02.27, 13:06
İran Əl-Qaidə rəhbərlərinə sığınacaq verib - ABŞ

İran hakimiyyəti 2009-cu ildən Əl-Qaidəyə İrandan keçən əsas koordinasiya xətti vasitəsilə öz terror fəaliyyətlərini asanlaşdırmağa, silah-sursatı və terroristləri Cənubi Asiya, Suriya və başqa yerlərə köçürməyə icazə verib.

Gunaz.tv

Bu barədə ABŞ Dövlət Departamenti yazılı açıqlamasında bildirib.

“İran Əl-Qaidə üçün təhlükəsiz sığınacağa çevrilib. Əl-Qaidə rəhbərlərinin bu ölkədə olması barədə sübutların mövcudluğuna baxmayaraq İran bunu inkar edir”, - açıqlamada qeyd olunub.

Həmçinin bildirilib ki, 1979-cu ildən bəri İran Yaxın Şərqdə qeyri-sabitliyin əsas amili kimi çıxış edir:

“İran terrorizmin əsas himayəçisidir. Bu ölkə Hizbullah, HƏMAS kimi proksi qrupları və terrorçular vasitəsilə Bəhreyn, İraq, Livan, Suriya və Yəməndə geniş spektrli terror və digər qeyri-qanuni fəaliyyətlərə şərait yaradır”.

GünazTV

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar