SON XƏBƏRLƏR

İran Əfqanistanla sərhədi bağlayır

2024.02.29, 12:00
İran Əfqanistanla sərhədi bağlayır

İranın Əfqanistanla sərhəddi boyu beton divarın çəkilməsi planlaşdırılır.

Gunaz.tv

Bunu İranın Əfqanıstan məsələləri üzrə xüsusi nümayəndəsi Həsən kazimi deyib.

"Divarın çəkilməsi üçün külli məbləğdə vəsait tələb olunsa da, onun faydaları daha çox olacaq",- Kazimi bildirib.

O, hazırda İranda 6 milyona yaxın Əfqanistan vətəndaşının yaşadığını söyləyib.

Qeyd edək ki, bir neçə gün əvvəl İran Ordusunun Quru Qoşunlarının komandanı Əmir Kiumərs Heydəri ölkənin təhlükəsizliyi ilə bağlı İranın şərq sərhədinin balanması barədə bəyanatla çıxış edib.

Tehran hakimiyyətinin bu hərəkəti Taliban hökumətinin narazılığına səbəb olub və Taliban sərhəddin bağlanmasının hər iki tərəfin razılığı əsasında həyata keçirilə biləcəyini deyib.

 GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar