SON XƏBƏRLƏR

ABŞ İran agentini axtarışda olanlar siyahısına daxil edib

2024.03.05, 12:09
ABŞ İran agentini axtarışda olanlar siyahısına daxil edib

Amerikanın Federal Tədqiqat Bürosu (FBI) İranın təhlükəsizlik idarəsinin agenti barədə bildiriş yayaraq onun barəsində ayrıntılı məlumat almaq niyyətində olduğunu bildirib.

Gunaz.tv

Agent Məcid Dəstcani Farahani ABŞ rəsmilərinin terror məqsədi ilə muzdlu cəlb etməkdə ittiham olunur. 

Semafor xəbər portalının məlumatına istinadən FTB-nin (FBI)  Miami Ştatında Bürosu ümumi xəbərdarlıq bildirişi çıxarmaqla Məcid Dəstcani Farahani adına bir iranlı barədə məlumat toplamaq niyyətində olduğunu elan edib. 

Onun İranın Təhlükəsizlik Nazirliyi agenti olduğu və Amerika ərazisində öldürmə əməliyyatının icrası məqsədi ilə muzdluları cəlb etmək niyyətində olduğu güman olunur. 

Xəbərdarlığa istinadən 42 yaşlı Farahani ispanca danışır və daha çox İrandan Venesuelaya və əksinə hərəkətdədir.

Agent həmçinin “ABŞ-da dini mərkəzlərə, müəyyən peşələrə və təsisatlara sıx nəzarət fəaliyyətləri üçün” bir sıra muzdluları əməkdaşlığa cəlb etməkdə ittiham olunub. 

Taymaz

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar