SON XƏBƏRLƏR

Avropa Birliyi İrana qarşı sanksiyalar tətbiq etməyə çağırılıb

2024.03.08, 14:00
Avropa Birliyi İrana qarşı sanksiyalar tətbiq etməyə çağırılıb

Almaniya və daha səkkiz ölkə Avropa Birliyini İranın raket sənayesinə qarşı sanksiyalar tətbiq etməyə çağırıb.

Gunaz.tv

Bu barədə Ukraynanın RBC saytı “Şpiegel”-ə istinadən məlumat yayıb.

Çağırışda bildirilib ki, İran rejimi təkcə Rusiyaya deyil, Yaxın Şərqdəki proksi qüvvələrinə də geniş miqyasda raket və dronlar göndərir.

"Məsələ ilə əlaqədar Almaniya və daha 8 Avropa Birliyi ölkəsi yeni sanksiyalar tətbiq etmək istəyir. Bu, Almaniyanın xarici işlər naziri Analena Berbok və onun bir neçə həmkarının Aİ-nin Xarici İşlər üzrə Ali nümayəndəsi Cozef Borelə yazdığı məktubun tələbidir",- məlumatda qeyd edilib.

Məktub fevralın 19-da Almaniya və Fransa, Çexiya, Danimarka, Estoniya, Latviya, Litva, Rumıniya və Niderlandın xarici işlər nazirləri tərəfindən imzalanıb. 

Ancaq Avropa Birliyinin (AB) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borel hələ ki, məktuba cavab verməyib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar