SON XƏBƏRLƏR

“Limada saxlanılan İran vətəndaşı SEPAH məmurudur” - Peru rəsmiləri

2024.03.09, 11:42
“Limada saxlanılan İran vətəndaşı SEPAH məmurudur” - Peru rəsmiləri

Peru DİN bəyanat yayaraq ölkədə saxlanılmış İran vətəndaşı Məcid Əzizinin SEPAH-ın Qüds Qüvvələrinin üzvü olduğunu bildirib. 

Gunaz.tv

Bəyanata əsasən Əzizi bir İsrail vətəndaşına terror aktı icra etmək niyyətində olub.

Perunun daxili işlər naziri Viktor Toros bu barədə deyib: “Qüds Qüvvələri üzvünün və bir perulu əməkdaşının saxlanılması terror əməliyyatının neytrallaşması ilə nəticələnib”.

Həmiçinin Peru polisinin rəisi Oskar Ariola bu barədə açəqlama verib: Əzizinin saxlanılması beynəlxalq təhlükəsizlik idarələri ilə koordinasiyalı şəkildə həyata keçirilib”.

Xatırladaq ki, Məcid Əzizi ölkənin paytaxtı Limada Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) ofisinə terror hücumunun planlaşdırması ittihamı ilə bir müddət əvvəl Terrorizmlə Mübarizə İdarəsi tərəfindən saxlanılıb.

Taymaz
 

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar