SON XƏBƏRLƏR

Azərbaycan dilində bayram təbriklərinin silinməsinə etirz olunub

2024.03.19, 12:41
Azərbaycan dilində bayram təbriklərinin silinməsinə etirz olunub

Urmu Bələdiyyəsi Novruz bayramı yaxınlaşmaqla üzərində “Bayramınız Mübarək Olsun” yazılmış çiçəklərlə dolu simvolik arabanı şəhərdə yerləşdirib. Lakin həmin cümlə naməlum şəxslər tərəfindən pozulub.

Gunaz.tv

Güney azərbaycanlı aktivistlər sosial şəbəkələrdə bu barədə paylaşım edərək pozulmanın yerli olmayan sakinlərin tərəfindən olunduğunu bildiriblər.

Məlumata əsasən Bələdiyyə bir neçə saat sonra həmin pozulmuş cümləni bərpa edib. 

Xatırladaq ki, İran hakimiyyəti tərəfindən qonaq kimi tədriclə Qərbi Azərbaycan Əyalətinə, xüsusilə də Urmu şəhərinə yerləşdirilmiş kürdlərə bağlı terrorist qruplar artıq Urmu və əyalətin  digər bölgələrinə torpaq iddiaları ilə çıxış edirlər. 

Bu səbbədən kürd terroist qruplarının üzvləri şəhərin türk mahiyyətini inkar etmək üçün şəhərdə Azərbaycan türkcəsində yazıları pozurlar. 

Buna oxşar hərəkətlər Urmu şəhərində dəfələrlər təkarar olunub. O cümlədən Umru şəhəri küçələrinin türkcə olan adlarının üstünə rəng yaxılıb.   

Qeyd edək ki, İranda bir müddət əvvəl keçirilmiş deputat seçkilərindən sonra kürd terrorist qruplara bağlı sakinlər “Urmiya Kürdüstandır” şüarı səsləndiriblər.  

Taymaz
 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar