SON XƏBƏRLƏR

Suriyada SEPAH zabiti öldürülüb

2024.03.26, 11:16
Suriyada SEPAH zabiti öldürülüb

Martın 26-ı səhər saatlarında Suriyanın Əbukəmal, Ələbbas və Deyr əz-Zor bölgələrinə hava hücumu olub.

Gunaz.tv

Bu barədə Suriya İnsan Haqları Müşahidə Qrupu məlumat yayıb.

Məlumatda bildirilib ki, hücum nəticəsində İrana bağlı 9 silahlı həlak olub.

Hava hücumunun SEPAH üzvlərini və logistik avadanlıqlar daşıyan İran nəqliyyat təyyarəsinin Deyr əz-Zor hava limanına enməsindən bir neçə saat sonra baş verdiyi bildirilib.

Hücum nəticəsində SEPAH-ın yüksək rütbəli komandirlərindən birinin həlak olduğu qeyd edilib.

ُSuriya hökumətinin "Əlvətən" qəzeti hava zərbələrin ABŞ ordusu tərəfindən həyata keçirildiyini yazıb.

Həlak olan SEPAH zabitinin kimliyi barədə hələlik açıqlama verilməyib.

GünazTV
 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar