SON XƏBƏRLƏR

ABŞ SEPAH-ın Qüds Qüvvələri, digər qurum və şəxslərə sanksiya tətbiq edib

2024.03.27, 11:34
ABŞ SEPAH-ın Qüds Qüvvələri, digər qurum və şəxslərə sanksiya tətbiq edib

Amerika müxtəlif ölkələrdə fəaliyyətlərindən SEPAH-ın Qüds Qüvvələri, Yəmən husiləri, Livan Hizbullahının yarararlandığı ticarət və daşıma gəmilər məcmusuna yeni sanksiya tətbiq edib.

Gunaz.tv

ABŞ Maliyyə Nazirliyinin Xarici Vəsaitlərə Nəzarət Bürosu (OFAC) martın 26-da bu barədə bildirməklə 6 cəmiyyətə, 2 neft daşıyıcı gəmiyə və bir valyutadəyişmə cəmiyyətinə sanksiya tətbiq olunduğunu açıqlayıb.

Onların bir sırasının baş ofisləri Hindistan, Liberiya, Vyetnam, Livan və Küveydə yerləşir və digərləri həmin ölkələrdə qeydiyyata alınıblar. 

Bu müəssisə və cəmiyyətlər SEPAH, husilər və Hizbullahla əməkdaşlıqda ittiham olunublar.

Həmçinin Bəşər Əsəd rejiminə maliyyə dəstəyi edən 11 şəxs və qurumun sanksiyalar siyahısına daxil edildiyi bildirilib.

Taymaz
 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar