SON XƏBƏRLƏR

İranın Azərbaycandakı səfiri geri çağırıldı

2024.03.30, 10:00
İranın Azərbaycandakı səfiri geri çağırıldı

İranın Azərbaycan Respublikasındakı səfiri Seyid Abbas Musəvi geri çağırılıb.

Gunaz.tv

Bu barədə İran mediası məlumat yayıb.

Məlumatda İran səfirinin diplomatik missiyasının ötən ilin sonunda başa çatdığı üçün geri çağırıldığı iddia olunub.

İran tərəfinin iddiasına baxmayaraq Abbas Musəvinin fəaliyyət dövrünün bitməsinə 5 ay qalırdı.
 
Qeyd edək ki, səfirin geri çağırılması son bir neçə gün ərzində İran mediasında onunla bağlı tənqidi yazıların dərcindən sonraya təsadüf edir.

Musəvini Bakıdakı səfirlik binasında müsahibə verərkən, xanım jurnalistin geyiminə görə tənqid edirdilər və istefaya çağırırdılar. 

Rəsmi İran mediası xanım jurnalistin İran səfirliyinə başıaçıq, həm də ətəkdə daxil olmasını və o cür də müsahibə almasını İran qanunlarına təhqir sayır, bunun qarşısını almadığı üçün səfiri tənqid və təhqir edir, onun təcili geri çağırılmasını tələb edirdilər.

Bununla yanaşı müsahibə zamanı azərbaycanlı jurnalistin Azərbaycan bayrağı yanında oturması sərt tənqidlərə səbəb olub.

İran mediası azərbaycanlı jurnalistin rəsmi şəxs olmadığını və onun İran səfirliyində müsahibə alarkən Azərbaycan bayrağının qoyulmasını diplomatik etiket qaydalarına zidd olduğunu bildiriblər.

GünazTV

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar