SON XƏBƏRLƏR

Urmu şəhərində posterlər paylaşılıb - İran coğrafiyası = ayrıseçkilik coğrafiyası

2024.04.02, 12:18
Urmu şəhərində posterlər paylaşılıb - İran coğrafiyası = ayrıseçkilik coğrafiyası

Azərbaycan milli hərəkatının aktivistləri Qərbi Azərbacan Əyalətinin mərkəzi Urmu şəhərinin küçələrində “İran coğrafiyası = ayrıseçkilik coğrafiyası” məzmunlu posterlər yapışdırıblar.

Gunaz.tv

Posterlərin üzrələrində Urmu gölü və Xozitan Əyalətinin Hur Əl-Əzim gölünün İran hakimiyyətinin laqeyd yanaşması nəticəsində quruması bildirilib. 

Həmçinin Bəluc xalqının 100 ildir sosial və iqtisadi baxımdan acınacaqlı vəziyyətdə saxlanıldığı da qeyd olunub. 

Hakimiyyətin qeyr-fars xalqlara zülmlərindən qurtulmağının tək yolunun istiqlal olduğu bildirilib. 

Ulu öndər Məhəmməd Əmin Rəsuzadənin məşhur ifadəsi “insanlara azadqlıq, xalqlara istiqlal” posterlərin üzərində dərc olunub. 

Habelə Güney Azərbaycanın təkcə qurtuluş yolu olaraq milli hökumət qurulmaqla azadlığa və ədalətə çatacağı qeyd olunub.

Taymaz

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar