SON XƏBƏRLƏR

Hollandiya Tehrandakı səfirliyini bağlayır

2024.04.13, 12:15
Hollandiya Tehrandakı səfirliyini bağlayır

İranla İsrail arasında gərginliyin artması və İranın İsrailə təhdid bəyanatları fonunda Hollandiya Tehrandakı səfirliyinin tətil edilməsinə qərar verib.

Gunaz.tv

Bu barədə Hollandiyanın Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.

Bəyanatda deyilib ki, ehtiyat tədbirləri çərçivəsində aprelin 14-də ölkənin İrandakı səfirliyinin işi dayandırılacaq.

Nazirlik əlavə edib ki, səfirliyin bazar ertəsi açılıb-açılmayacağına bazar günü qərar verəcək.

Qeyd edək ki, bundan əvvəl bir neçə ölkə, o cümlədən Fransa, Hindistan, Avstriya və Almaniya vətəndaşlarının İran ərazisini tərk etmələrini istəyib.

Bununla yanaşı adı çəkilən ölkələr İrana səfərin riskli olduğu barədə xəbərdarlıq edərək, vətəndaşlarına bu ölkəyə səfər etməməyi tövsiyə ediblər.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar