SON XƏBƏRLƏR

Son bir ayda İran həbsxanalarında 126 nəfər edam edilib

2024.05.23, 16:17
Son bir ayda İran həbsxanalarında 126 nəfər edam edilib

İranda son bir ayda edam edilənlərin sayı açıqlandı

Gunaz.tv

Cari ilin aprel ayının20-dən may ayının 20-ə kimi İran həbsxanalarında 126 məhbus edam edilib.

Bu barədə İran İnsan Haqları Təşkilatı məlumat yayıb.

Edam edilənlərdən 6-ı qadın, 2-i siyasi məhbus, 1-i yetkinlik yaşına çatmamış şəxs və 5-i isə Əfqanistan vətəndaşıdır.

Bununla yanaşı edam edilənlər arasında 19 sünni məzhəbli etnik bəlucun adı var.

Məhbusların çoxunun narkotik maddələrin qanunsuz alverinə günahlandırıldığı bildirilib.

Qeyd edək ki, cari ildə Qeyd edək ki, İran həbsxanalarında orta hesabla hər 6 saatda bir nəfər edam edilib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar